Vəkil “Azercell”i məhkəməyə verməyə hazırlaşır

Vəkil “Azercell”i məhkəməyə verməyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azercell” ən pis xidmət göstərən operatordur.

Tribuna-nın məlumatına görə, bu sözləri sosial şəbəkə hesabında vəkil Vamiq Şükürov yazıb. O bildirib ki, “Azercell” onun hüququnu pozur:

“Təxminən 5 gün əvvəl “Azercell” nömrəmi “Bakcell”ə keçirmək üçün müraciət etmişəm. “Bakcell” sistemi sorğunu göndərib, lakin müddəti keçməsinə baxmayaraq “Azercell” üzərinə düşən proseduru yerinə yetirməyib.

Bu gün “Bakcell” mənə bildirir ki, “Azercell” guya mənim borcum olduğunu deyib və sorğunu icra etməkdən imtina edib. Halbuki “Azərcell”in öz müştəri xidmətləri ilə danışanda açıq şəkildə dedilər ki, borcum yoxdur, sadəcə texniki səhv olub.

Mən niyə gözləməliyəm? Texniki səhvə görə niyə mənim haqqım pozulmalıdır?

Tələb edirəm ki, bu məsələ dərhal icra olunsun. Əks halda, hüquqi qaydada məhkəməyə müraciət edəcəyəm”.

Qarşı tərəfin mövqeyini öyrənməyə çalışsaq da cəhdlərimiz alınmadı.

Gülşən Rəsul