Vəkil “Atəşgah” sığortanı “yıxıb sürüdü” – Foto

Vəkil “Atəşgah” sığortanı “yıxıb sürüdü” – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ay camaat, Bu “Atəşgah”da sığorta etdirməyin. Hadisə qeyri-iş gününə düşər, döyülərsiz”.

Tribunainfo.az xəbər verir ki, belə bir çağırışla vəkil Anar Ramazanov çıxış edib. O bildirib ki, “Atəşgah” sığorta şirkəti qeyri-iş günləri işləmir:

“Cüzi qəza keçirdim, məni vurdular, “Atəşgah”ı yığdım, çox gec geri dönüş oldu. Bərbad xidmət, kobud rəftar (hətta xanımlar belə). 4 dəfə zəngdən sonra bir əməkdaş həvəssiz zəng elədi və babat acıladı ki, qeyri-iş günüdür, nə istəyirsən? Get polisə.
Nəysə…
Bu sistemə də, belə xidmətə bir quş. Ayıb olsun”.

Qarşı tərəfri dinləməyə hazırıq.

Gülşən Rəsul