Vəfat edən müğənninin son ARZUSUbackend

Vəfat edən müğənninin son ARZUSU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dünyaşöhrətli amerikalı müğənni, aktrisa və yazar Tina Törner 83 yaşında vəfat edib.

Tribunainfo.az xəbər verir ki, Törnerin rəsmi sosial media hesabında ölümü ilə bağlı bəyanat da yayılıb:

Musiqi dünyasının əfsanəvi adlarından olan Tina Törner son müsahibəsində “Rok-n-Roll kraliçası” kimi xatırlanmaq istədiyini dilə gətirib. İsveçrənin Sürix yaxınlığındakı evində 83 yaşında dünyasını dəyişən sənətçi nümunəvi qadın olmaq istədiyini də ifadə edərək, başqa qadınlara öz uğurlarına öz şərtləri ilə nail olmağın mümkün olduğunu göstərib.
Son müsahibəsində Törner yaşlanma ilə bağlı heç bir şeyin onu qorxutmadığını söyləyib.
Qeyd edək ki, ABŞ əsilli ulduz “The Best”, “Proud Mary”, “Private Dancer” və “What’s Love Got to With It” kimi hitləri ilə tanınıb.
O, ilk dəfə 1960-cı illərdə keçmiş əri Ike Turner ilə birlikdə hazırladığı “River Deep”, “Mountain High” adlı klassik mahnıları ilə şöhrət qazanıb.