Rusiyanın tanınmış qəzetlərindən olan “Vedmosti” nəşri 44 günlük Qarabağ savaşı ilə bağlı maraqlı məqalə ilə çıxış edib. TİA.AZ xəbər verir ki, Strateji və Texnoloji Analiz Mərkəzinin rəhbəri Konstantin Makiyenkonun qələmə aldığı məqalədə Rusiyanın durumu, Türkiyənin Qafqazda mövqelərini necə bərkitdiyi, Azərbaycanın bundan sonra daha necə hərəkət edəcəyi, habelə Ermənistanın məğlub olduğundan bəhs olunur.
Makiyenkonun “Rusiya ikinci Qarabağ müharibəsini necə uduzdu?” başlıqlı yazısında vurğulanır ki, Ermənistan prosesi tam uduzub. Müəllif yazır ki, Qarabağ müharibəsi Ermənistanla yanaşı, Rusiya üçün də fəlakətlə nəticələnib. “Uğurlu bir vasitəçilik və sülhməramlıların bölgəyə gətirilməsi ilə diqqəti çəkən aldadıcı bir xarici siyasətin zəfər qazandığı görüntüsünün pərdəsi arxasından çox yazın zamanlarda acı bir həqiqət ortaya çıxacaq”.
Müəllif “acı həqiqət” olaraq Rusiyanın Trans-Qafqaz bölgəsində sərt şəkildə azalan təsirlərini göstərib. “Rusiya Qafqazda mövqelərini itirdiyi bir zamanda, bacarıqlı və hirsli Türkiyə tam tərsinə, müzzəm şəkildə nüfuzunu artırdı. Bakı niyən bundan sonra 300 ildir bölgədə əsas oyunçular olan üç ölkənin – Rusiya, Türkiyə və İran arasında balanslı siyasətə davam etsin? Əsas hədəfi olan 1994-cü ildə itirdiyi torpaqlarını geri aldı və problem həll etdi”.
Makiyenko daha sonra yazır ki, Türkiyə ilə Azərbaycan arasında artıq quru əlaqəsi bərpa olunub. “Azərbaycan bundan sonra rsularla tamamən fərqli bir tonda danışa bilər”.
STAM rəhbəri prosesin Orta Asiyaya qədər uzanacağını da vurğulayıb. “Türkiyə Orta Asiyada türdilli xalqlar üzərində təsirlərini daha da artıracaq. Rusiya müştərisi və müttəfiqini itirdiyi bir zamanda, Türkiyənin müttəfiqini daha sıx şəkildə özünə tərəf çəkməyə nail oldu. Bütün bunların fonunda böyük bir coğrafiyada türkçüküyün canlanacağı qaçılmazdır. Eyni zamanda, bu layihə halına gəlib”.