“Vecon Consulting” fəaliyyət sahəsini genişləndirirbackend

“Vecon Consulting” fəaliyyət sahəsini genişləndirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın tanınmış qiymətləndirmə şirkəti yüksək səviyyəli və beynəlxalq protokollara uyğun yeni xidmətlər təklif edir

Tribunainfo.az xəbər verir ki,uzun illərdir Azərbaycan qiymətləndirmə bazarının əsas iştirakçılarından olan “Vecon Consulting” şirkəti fəaliyyət sahəsini genişləndirib. Şirkətin obyektiv, dəqiq, tərəfsiz, beynəlxalq və milli standartlara uyğun fəaliyyəti partnyor sayının artmasına, iş portfelinin böyüməsinə səbəb olub. Nəticədə şirkət böyüməyə və digər sahələrdə də fəaliyyət qurmağa qərar verib. Yeni sahələr, audit xidməti – qısa zamanda maliyyə hesabatlılığı təmin edilmiş və müəssisələr üçün vacib sayılan audit hesabatlarının təşkili, maliyyə-təsərrüfat əməliyyatların qanunvericiliyə uyğunluğunun yoxlanılması məqsədilə təsdiqi, maliyyə-təsərrüfat əməliyyatların vergi qanunvericiliyə uyğunluğunun yoxlanılması məqsədilə təsdiqi, əmlakın qiymətləndirilməsini düzgünlüyünün təsdiqi, qiymətli kağızların emissiyası üçün rəylərin verilməsi, səlahətli dövlət orqanlarının sifarişilə aparılan audit, vergi qanunvericiliyə uyğun audit yoxlamasının aparılması, daxili auditin sıfırdan qurulması və işlənməsinin təşkili, digər auditor (əlaqəli) xidmətləri. Sayım və inventarizasiya xidməti – daxili hesablaşma, yoxlama və uçot məqsədilə avadanlıq vasitəsilə sayım və inventarizasiya xidmətinin təşkili, bankların problemli kreditlər qovluğunda olan obyektlərin satışına və icarəsinə dəstək – rieltor və konsultinq xidməti, layihə – smeta xərclərinin hazırlanması, müəssisə və təşkilatlarda mühasib xidmətlərinin göstərilməsi, logo mühasibat proqramında mühasib uçotunun qurulması, logo mühasibat proqramında mühasib uçotunun bərpası və daimi dəstək, müəssisə və təşkilatlarda mühasib xidmətlərinin göstərilməsi, mühasibat və vergi uçotu, vergitutma üzrə ayrı-ayrı məsləhət xidmətlərin göstərilməsi, hüquqi şəxslərin yaradılması məqsədilə təsis sənədlərin işlənib hazırlanması, iqtisadi əsaslandırmaların, biznes planlarının və digər layihərin işlənib hazırlanması, intelektual kapitalın qiymətləndirilməsi, daxili nəzarət sisteminin yoxlanılması və qiymətləndirilməsinin aparılması, əsaslandırılmış məlumatlar əsasında bazar araşdırılması xidmətlərin göstərilməsidir.

Qeyd edək ki, “Vecon Consulting” MMC 2010-cu ildən fəaliyyət göstərir. Bu vaxta qədər şirkət tərəfindən Bakı şəhəri və regionlarda minlərlə daşınmaz əmlak obyekti, avadanlıq, texnika və nəqliyyat vasitələri, habelə, hava və su nəqliyyat nümunələri beynəlxalq standartlara tam uyğun şəkildə qiymətləndirilib.

“Vecon Consulting” şirkətinin bölgələr üzrə nümayəndəlikləri (13 nümayəndə) bütün Azərbaycanı əhatə edir. Şirkət Rusiyanın JSC “International Valuation Centre” qiymətləndirmə şirkətinin, Türkiyənin “Eva Gayrimenkul Değerleme ve Danışmanlık A.Ş.” qiymətləndirmə şirkətinin partnyoru, eləcə də, Aqrar Kredit və İnkişaf Agentliyinin, Azərbaycan Respublikası Kredit Zəmanəti və İpoteka Fondunun müvəkkil təşkilatıdır. Şirkətin təsisçisi Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Azərbaycan və beynəlxalq qiymətləndiricilər institutları tərəfindən sertifikatlaşdırılmış, iqtisadçı-ekspert Vüqar Orucdur. V.Oruc həmçinin bu ilin may ayında Bakıda keçirilən beynəlxalq konfransda Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidenti seçilib.