Vəba epidemiyası gizlədilir – Onişenkobackend

Vəba epidemiyası gizlədilir – Onişenko

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Akademik qeyd edib ki, vəba həm mülki əhali arasında, həm də Xerson vilayətinin Ukraynanın nəzarətində olan hissəsində hərbi hissələr üçün əsas tibbi yardımın olmaması fonunda yayılır.

Tribunainfo.az Sputnik-ə istinadən xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının akademiki, Rusiya Təhsil Akademiyasının prezident müavini Gennadi Onişşenko Moskva – Astana – Bişkek – İrəvan – Minsk – Daşkənd videokonfransı zamanı “Aİİ ölkələrinin biotəhlükəsizliyi” mövzusunda keçirilən videokonfransda deyib.

Onun sözlərinə görə, Kiyev Ukraynanın nəzarətində olan Xerson vilayətinin bəzi hissələrinə vəba xəstəliyinin yayılması ilə bağlı vəziyyətə susur.

Eyni zamanda Kaxovka Su Elektrik Stansiyasının dağıdılmasından sonra geniş ərazilər yuyulub, bu da suyun keyfiyyətinə kifayət qədər nəzarət olunmaması fonunda infeksiyanın sürətlə yayılmasına səbəb olub.

“Kiyev bunu inkar edir, lakin vəba epidemiyası tanış və başa düşülən vəziyyətdir, çünki həm mülki əhali, həm də hərbi hissələr üçün əsas tibbi yardım yoxdur”, – akademik vurğulayıb.