Vatsapda problem olsa, bu nömrəyə zəng edin – Xəbərdarlıqbackend

Vatsapda problem olsa, bu nömrəyə zəng edin – Xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda vətəndaşların vatsap hesablarının ələ keçirilməsi halı müşahidə olunur. Bu isə öz növbəsində təhlükəsizliklə bağlı tədbirlərin görülməsini zəruri edir”.

Bu barədə Elektron Təhlükəsizlik Xidmətinin vatsapla bağlı xəbərdarlığında deyilir.

“Qeyd olunanları nəzərə alaraq vatsap hesabınızın təhlükəsizliyi ilə bağlı paylaşımda qeyd olunan təlimatlara riayət etməyinizi, belə hallarla qarşılaşdıqda 1654 Qaynar Xətti ilə əlaqə saxlamağınızı və ya reports@cert.az e-poçt ünvanına müraciətinizi ətraflı şəkildə (ad, soyad, əlaqə vasitəsi, müvafiq ekran görüntüsü və s. kimi məlumatları da daxil etməklə) qeyd etməyinizi xahiş edirik”, – məlumatda bildirilir.