Vatikanın nüfuzlu kardinalı cinsi zorakılıqda günahkar bilindi

Vatikanın nüfuzlu kardinalı cinsi zorakılıqda günahkar bilindi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Vatikanın Maliyyə Naziri və Avstraliya Kardinalı Corc Pell 2 oğlan uşağına qarşı cinsi zorakılıq etməkdə günahkar bilinib.
Qaynarinfo xəbər verir ki, Pell Avstraliyanın Melburn şəhərində Baş Yepiskop kimi işlədiyi 1996-2001-ci illərdə 13 yaşlı 2 yeniyetməyə qarşı cinsi zorakılıq edib. Zaminliklə azadlıqda olan Kardinal sabah keçiriləcək məhkəmədə həbs edilə bilər. Onun həbs müddəti barədə yekun qərar isə 2 həftə sonra qəbul ediləcək.
Avstraliyada cinsi zorakılığa görə 8 ilə qədər həbs cəzası verilir.
Corc Pellin vəkilləri din xadiminin günahsız olduğunu və çıxarılacaq qərara etiraz edəcəklərini bildirib.
Qeyd edək ki, 77 yaşlı Corc Pell Vatikanın ən nüfuzlu 3 din xadimindən biri hesab edilirdi.