Vatikan: Papa XIV Leo Türkiyəyə gəlir – Təfərrüatlar açıqlandı

Vatikan: Papa XIV Leo Türkiyəyə gəlir – Təfərrüatlar açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vatikan son açıqlamada Papa XIV Leonun ilk beynəlxalq səfərini Türkiyəyə edəcəyini açıqlayıb.

Tribunainfo.az xəbər verir ki, ofisin direktoru Matteo Bruninin sözlərinə görə, Papa Leo noyabrın 27-30-da Türkiyəyə səfər edəcək.

Bu səfər həm də Birinci Nikeya Şurasının 1700-cü ildönümünü qeyd etmək üçün Nikeaya həcc ziyarətini əhatə edəcək.

Bruni, “Papa Leo 1700 il sonra 325-ci ildə xristian tarixində dönüş nöqtəsi olan məclisin keçirildiyi diyara doğru mənəvi səyahətə çıxacaq” deyib.

Dəniz Pənahova