backend

Vatikan iki min ildir orijinal İncili gizlədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

FETÖ lideri Fətullah Gülənin əmri ilə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sivasdan seçilmiş deputatı, Böyük Birlik Partiyasının təsisçisi və ilk sədri Muhsin Yazıcıoğlunun 25 mart 2009-cu ildə öldürülməsinin arxasındakı sirr ortaya çıxıb. 

FETÖ lideri Fətullah Gülənin əmri ilə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sivasdan seçilmiş deputatı, Böyük Birlik Partiyasının təsisçisi və ilk sədri Muhsin Yazıcıoğlunun 25 mart 2009-cu ildə öldürülməsinin arxasındakı sirr ortaya çıxıb.

TİA.AZ xəbər verir ki, Yazıçıoğlu “Barnabas İncili”nin filmini çəkdirmək istəyirmiş.

Bu, FETÖ liderini narahat edib və onun əmri ilə təşkilatın Türkiyə Hava Qüvvələrindəki üzvləri M.Yazıçıoğlunun mindiyi təyyarəni qəzaya salıblar.

Ortaya çıxan yeni faktlarda qəza zamanı həlak olan M.Yazıçıoğlunun “Blackberry” markalı telefonunda “Barnabas İncili”nin fotoları olub. FETÖ mənsubları həmin telefonun yaddaş kartını oğurlayıblar.

“Barnabas İncili” İsa peyğəmbərin tələbəsi Əziz Barnabas tərəfindən yazılıb. Bu, orijinal İncildir və Vatikanın təbliğ etdiyi İncildən fərqlənir. Həmin İncilin orijinal nüsxəsindən biri də Türkiyə dövlətində olub.

“Barnabas İncili” ortaya çıxsaydı…

Bu İncildə hazırda Vatikanın təbliğ etdiyi xristianlığın, xüsusilə İsa peyğəmbər haqqında bir çox şeyin yalan olduğu barədə faktlar var. Orijinal İncil olaraq tanınan bu kitabda əslində İsa peyğəmbərin evləndiyi, ailəsinin qəbrinin olduğu yer kimi dəlillər var. Buna görə də Vatikan iki min ildir orijinal İncili gizlədir. Bunun ortaya çıxması bütün dünyada dəyişikliyə səbəb ola bilər. İddialara görə, bu İncili kim görürsə, o, mütləq öldürülür.
Maraqlı məqamlardan biri də odur ki, Türkiyə dövləti əlindəki orijinal İncili nə vaxt gündəmə gətirmək istəsə, terror və digər hücumlarla qarşılanır.

Vatikana yaxın olan, hətta “gizli kardinal” olduğu deyilən Fətullah Gülənin məhz “Barnabas İncili”nə görə Yazıçıoğlunun ölüm əmrini verməsi təsadüfi deyil.

publika.az