VAŞİNQTONUN ERMƏNİPƏRƏST MÖVQEYİ… TƏRƏFLƏRİ AĞIR KOMPROMİSƏ DƏVƏT EDİR…

VAŞİNQTONUN ERMƏNİPƏRƏST MÖVQEYİ… TƏRƏFLƏRİ AĞIR KOMPROMİSƏ DƏVƏT EDİR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət departamenti sözçüsü M.Miller Azərbaycan və Ermənistanın ağır kompromisə ehtiyac olduğunu vurğulayıb. ABŞ tərəfindən verilən bu açıqlama, dövlət katibi E. Blinkenin prezident İlham Əliyevə zəngindən sonraya təsadüf edir. ABŞ tərəfindən verilən bu açıqlama heç də obyektiv mövqe kimi dəyərləndirilə bilməz. Çünki Azərbaycanın Ermənistana hər hansı bir kompromisə getməsi mümkün deyil.

Tribunainfo.az yazır ki, siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ rəsmisi kompromislərin nələn olduğunu vurğulamayıb. Onun fikrincə, Ermənistan tərəfi Qarabağda separatizmə dəstəkdən geri çəkilməli və silahlı birləşmələrini çıxarmalıdır:

“Həmçinin anklavları Azərbaycana təhvil verməlidir.
Ermənistanın ən vacib atacağı addımlar bunlardı. Bundan sonra, sülh müqaviləsinin bağlanması istiqamətində ciddi irəliləyişlər olacaq.


Azərbaycanın Ermənistana ağır kompromisə getməsi üçün də heç bir əsas yoxdur. Görünür, ABŞ Laçın yolunun əvvəlki statusda işləməsini, separatizmlə bağlı güzəştlər etməsini, sərhəddən geri çəkilməsini vurğulamaq istəyir. Ümumiyyətlə, bu kimi variantlar, ABŞ-ın regiondan tam getməsi və Rusiyanın güclənməsi deməkdir”.

Ekspert bildirib ki, ABŞ rəsmiləri regiona baxışlarında ermənipərəst mövqe sərgilməklə ədalətli yanaşmadan çəkinirlər:

“Xüsusilə regional şərtlər Ermənistanın daha çox güzəştə getməsini tələb edir, nəinki Azərbaycanın. E. Blinkenin zəngi Vaşinqtonun vasitəçiliyində obyektivliyinə şübhə yaradır.

Azərbaycan regionda yeni bir nizam yaradır. ABŞ rəsmiləri, N.Paşinyandan da daha çox Ermənistanın maraqlarına xidmət edirlər. Məhz bu kimi qeyri-konstruktiv mövqe Ermənistanı şirnikləndirir.

N.Paşinyan çalışır ki, praqmatik mövqe ortaya qoysun. Okeanın o tayından bəyanat verilir ki, belə yox, belə olmalıdır. ABŞ rəsmiləri, bu kimi açıqlamalar verməklə, Ermənistanın daha çox itkilər verməsinə səbəb olur. Azərbaycan ən zəif vaxtında belə ABŞ-la razılaşmadı. İndi güclü və qalib tərəf kimi erməni ağlı ilə işləyən Dövlət departamenti sözçüsünün sözü ilə oturub duracaq?!”.