Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, erməni həmkarı Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş başlayıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Görüşdə Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş üzrə danışıqlar gedir.