“Vaşinqtonda saziş imzalanarsa….”

“Vaşinqtonda saziş imzalanarsa….”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Ermənistandan ATƏT-in Minsk Qrupunun həmsədrlik institutunu ləğv etmək üçün yerindəcə ATƏT-ə müraciət etməyi tələb edəcək”.

Tribunainfo.az bildirir ki, bunu “Haystan” blokundan olan deputat Artur Xaçatryan deyib.

Onun sözlərinə görə, ikinci sənəd Ermənistanın azərbaycanlıların və Azərbaycan yüklərinin Ermənistan ərazisindən keçməsi ilə bağlı razılaşması ola bilər. “Əslində, Paşinyan Azərbaycana dəhliz verməyə razı olacaq ki, Ermənistanın suverenliyinə heç bir maneə olmadan keçsin”.

Xaçatryan hesab edir ki, Vaşinqtonda saziş imzalanarsa, bu Ermənistanın biabırçı şəkildə məğlubiyyəti olacaq. “Paşinyan bu biabırçı məğlubiyyəti qələbə kimi təqdim edəcək, çünki ona üzərində “sülh” yazılmış bir kağız parçası lazımdır. O, həmin kağız parçasına görə hər cür güzəştə getməyə hazırdır. Azərbaycan bunu çox gözəl başa düşür və ona görə də getdikcə daha çox yeni tələblər irəli sürür”.

Fərda Uğur