VAŞİNQTONDA LAÇIN MÜZAKİRƏSİ: ERMƏNİ DEPUTATLARLA KONQRESMENLƏR BİR ARADA…backend

VAŞİNQTONDA LAÇIN MÜZAKİRƏSİ: ERMƏNİ DEPUTATLARLA KONQRESMENLƏR BİR ARADA…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistandan olan deputatlar xatırladıblar ki, sülh gündəminin məqsədi regionda davamlı və uzunmüddətli sülhün bərqərar olmasıdır.

Tribunainfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Vaşinqtonda ABŞ konqresmenləri ilə görüşdə erməni parlamentarilər Ermənistan ətrafındakı təhlükəsizlik vəziyyətini, Laçın dəhlizini müzakirə ediblər.

Parlamentin mətbuat xidmətinin məlumatına görə, Ermənistan Milli Assambleyasının “Mülki müqavilə” fraksiyasının sədri Hayk Konjoryan, xarici əlaqələr komissiyasının rəhbəri, hakim “Mülki müqavilə” fraksiyasından olan deputat Sarkis Xandanyan, deputatlar Vaaqn Aleksanyan, Hripsime Qriqoryan, İrina Qasparyan, Ermənistanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Lilit Makunts Vaşinqtonda ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş sədri, konqresmen Nensi Pelosi, Konqresin erməni məsələləri üzrə komitəsinin həmsədri Frank Pallon ilə görüş keçirib.

Qeyd olunur ki, Pelosi Ermənistanın demokratiya, suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

Görüş zamanı Ermənistan ətrafında mövcud təhlükəsizlik vəziyyəti, Azərbaycanla davam edən sülh prosesi, mövcud problemlər və onların həlli yolları müzakirə edilib.