VAŞİNQTONDA GÖRÜŞ PLANLAŞDIRILIR – İRƏVAN AÇIQLADI

VAŞİNQTONDA GÖRÜŞ PLANLAŞDIRILIR – İRƏVAN AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın vaxtlarda Vaşinqtonda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun görüşü planlaşdırılır.

Tribunainfo.az Armenpress-ə istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan hökumətin növbəti iclasında deyib.

“Nə qədər çətin olsa da, Azərbaycanla münasibətlərin normallaşması, sülhün bərqərar olması istiqamətində işimiz davamlı olmalı, bu məsələdə ardıcıl olmalıyıq. Yaxın vaxtlarda Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü planlaşdırılır. Və ümid edirəm ki, Vaşinqtonda əvvəlki görüşdə qeydə alınan bəzi irəliləyişlər inkişaf edəcək”, – Paşinyan bildirib