Vaşinqtonda ABŞ-nin yeni seçilmiş prezident Donald Tramp və vitse-prezident Ceyms Devid Vensin andiçmə mərasimi başlayıb.
Tribunainfo.az xəbər verir ki, mərasim Kapitoli binasında keçirilir.
İnauqurasiya mərasimində ABŞ-nin keçmiş prezidentləri Barak Obama, Corc Buş və Bil Klinton da iştirak edirlər. Həmçinin amerikalı milyarderlər Mark Zukerberq, İlon Musk və Ceff Bezos da mərasimi izləyənlər arasındadır.