BAYRAMOV – MİRZOYAN GÖRÜŞÜ DƏQİQLƏŞİR

BAYRAMOV – MİRZOYAN GÖRÜŞÜ DƏQİQLƏŞİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaşinqtonda keçiriləcək danışıqların yeni tarixi tezliklə elan ediləcək.

Tribunainfo.az Armenpress-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan Milli Assambleyada jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.

Vaşinqtonda təxirə salınmış görüşə toxunan Kostanyan qeyd edib ki, hazırda yeni tarix müzakirə olunur. “Hesab edirəm ki, yaxın vaxtlarda biz bu məlumatı ictimaiyyətə çatdıra biləcəyik”, – nazir müavini bildirib.

Xatırladaq ki, iyunun 12-də Vaşinqtonda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun iştirakı ilə danışıqların növbəti raundu keçirilməli idi. Lakin Azərbaycanın tələbi ilə təxirə salınıb.