Vaşinqton Rusiya baş prokurorunun oğluna qarşı sanksiya tətbiq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Rusiya Federasiyasının baş prokuroru Yuri Çaykanın oğlu Artyom Çaykaya qarşı “Qlobal Maqnitski qanunu” üzrə sanksiyalar tətbiq edib.

TİA.AZ RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin yaydığı Press-relizə əsasən, siyahıya bütün dünya üzrə 13 nəfər və  onlarla bağlı 39 fiziki şəxs, eləcə də şirkətlər daxil edilib.

Press-relizdə iddia edilir ki, Artyom Çayka atasının vəziyyətindən və nüfuzundan yararlanıb və bu onun “tenderlərdə qalib gəlməsinə”, həmçinin “işgüzar partnyorlara təzyiqi göstərməsinə” imkan yaradıb.