“Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında Vaşinqtonda imzalanan son razılaşma, uzun müddətdir davam edən mübahisədə həlledici addımdır”.
Tribunainfo.az xəbər verir ki, bu sözlər İranda yayınlanan “Tejarat News” saytında dərc olunmuş məqalədəndir.
Müəllif yazır ki, Azərbaycan və Ermənistan dəhliz vasitəsilə Avrasiya logistikasında mərkəzi oyunçular kimi mövqelərini möhkəmləndirə, Transxəzər və Şimal-Cənub nəqliyyat dəhlizlərini gücləndirə bilərlər. “Eyni zamanda, dəmir yolu layihəsi Ankara və Bakının regional inteqrasiyaya verdiyi önəmi nümayiş etdirir”.
Yazıda qeyd edilir Kİ. ABŞ Zəngəzur dəhlizini geosiyasi alət kimi istifadə edir. “Vaşinqtonun bu layihədəki rolu Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsünə qarşı durmaq, Rusiyanın Cənubi Qafqazdakı təsirini azaltmaq və İranın bölgədəki fəaliyyətini məhdudlaşdırmaq məqsədini daşıyır”.
Məqalənin sonunda vurğulanır ki, Zəngəzur dəhlizinin açılması həm bölgədə güc balansını dəyişə, həm də Cənubi Qafqazın gələcək inkişafında mühüm rol oynaya bilər.
Fərda Uğur