Vasif Talıbovun daha bir şirkəti ləğv edilir

Vasif Talıbovun daha bir şirkəti ləğv edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Naxçıvan Sığorta” şirkəti ləğv edilir, onun portfeli “Atəşgah Sığorta” şirkətinə ötürülür.

Tribunainfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə sığorta şirkətindən bildirilib. Qeyd edilib ki, sığorta şirkətinin ləğvi ilə əlaqədar onun öhdəlikləri dekabrın 15-dən etibarən “Atəşgah Sığorta” şirkətinə ötürülür.

Məlumata görə, bu barədə bu gün səhər saatlarından müştərilərə sms bildirişləri də göndərilir.
Qeyd edək ki, “Naxçıvan Sığorta” şirkətinin 100% səhmdarı “Naxçıvan Bank”dır.
Globalinfo.az xatırladır ki, “Naxçıvan Bank” Talıbovlara məxsus olub. V.Talıbov vəzifədən çıxdıqdan sonra digər əmlaklarla birlikdə sözügedən bank da ondan alınıb.