Varşava hava limanında Azərbaycan vətəndaşı ölüb.
Varşavanın Şopen hava limanında faciə baş verib. Tranzit zonada 31 yaşlı kişi dünyasını dəyişib
Kişi üst teminaldan yıxılaraq yerindəcə keçinib. Qəzanın baş vermə şəraiti hələlik məlum deyil və prokurorluq bu mərhələdə üçüncü şəxslərin iştirakını istisna edir.
Tribunainfo.az “Wirtualna Polska”ya istinadən bildirir ki, hadisə səhər saatlarında – saat 03:00-dan sonra Varşavanın Şopen hava limanının tranzit zonasında baş verib. Səyahət edən Azərbaycan vətəndaşı ailəsi ilə birlikdə olub.