backend

Varlanmaq üçün iki şey lazımdır…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pulunuzun azlığından heç vaxt şikayət etməyin. Pulunuzun azlığından heç vaxt şikayət etməyin.

Əgər ehtiyaclarınızı ödəyəcək qədər pul qazanırsınızsa, deməli rahat ömür yaşayacaqsınız.
Əgər dünyanın ən varlı adamı olmaq istəyirsinizsə, bu sizə heç də yaxşı şeylər vəd etməyəcək.
Çünki statistik göstəricilərə görə, dünyanın ən varlı insanlarının ömrü orta hesabla 60 ildən yuxarı olmayıb. Bəs dünyanı çalxalayan, bəzi insanları hədəqədən çıxardıb iddialı edən pul haqqında nə bilirik?
Pul haqqında maraqlı faktları təqdim edirik.
Kağızdan düzəldilmiş pul əskinası ilk dəfə Çində meydana gəlib.
Dünyanın ən qədim bankı olan “Banca Montedei Paschidi Siena” 1472-ci ildən İtaliyada fəaliyyət göstərir.
Hazırda dövriyyədə 829 milyard ABŞ dolları var.
1934-cü ildə Amerika Birləşmiş Ştatlarında 100000 dollarlıq əskinas buraxılıb. Bu əskinas banklararsı əməliyyatların aparılması üçün istifadə olunub. Həmin pulun üzərində ABŞ-ın 28-ci prezidenti Vudro Vilsonun əksi olub.
100 dollardan ibarət 1 milyon dollar pulun kütləsi 10 kiloqramdır.
20-ci əsrin ortalarına qədər Afrikanın bəzi yerlərində pul əvəzinə ev heyvanlarından istifadə olunub.
20-ci əsrin sonlarında isə Belçikada buraxılan pulların üzərində reklam mətnləri yerləşdirilib.
Puldan istifadə etməklə qeyri-adi reklamlardan biri isə Amerikada baş tutub. Yeni supermarketin sahibi öz obyektindən xeyli kənarda topun içərisinə 8 min dollar pul yerləşdirib. Topdan atəş açıldıqda həmin pullar supermarketin qarşısına səpələnib.Pul əldə etmək istəyən minlərlə insan yeni supermarketin açıldığını görüblər.
Dünyanin ən böyük qızıl külcəsini isə yaponlar hazırlayıblar. Külçənin çəkisi 250 kiloqram, dəyəri isə 3.7 million dollardır.
Hazırda insanları əvvəlcə sevindirib sonra isə bəlaya salan kredit dünyada ilk dəfə 1951-ci ildə “Amerikan-ekspress” şirkəti tərəfindən verilib.
Avropada istifadə olunan əksər pul vahidlərinin adları çəki vahidlərinin adlarından götürülüb. Məsələn, funt, marka, krona, lira və c.
İnsanların pula münasibəti də müxtəlifdir. Tədqiqatçıların qənaətinə görə, dünya əhalisinin 92 faizi öz sevgisini tapmaqdan çox varlı olmağı arzulayırlar. Daha bir maraqlı fakt isə odur ki, planetdə yaşayan insanların dörddə biri elə düşünür ki, yalnız lotereya uduşları ilə varlanmaq olar. Digər bir fakt isə daha acınacaqlıdır. Böyük məbləğdə uduş sahiblərinə olacaq qəsdin ehtimalı digər insanlardan üç dəfə artıqdır.
Bencamin Franklinin pul qazanmaqla bağlı belə bir fikri var: “Varlanmaq üçün iki şey lazımdır: işləmək və qənaət etmək”.Bəs qazanılan pulun boş-boşuna əldən getməməsi üçün nə etmək lazımdır? Əgər olan-qalan pulunuzun da əldən çıxmasını istəmirsinizsə, hökmən açağıdakı qaydalara əməl edin:
1. Evdə fit çalmayın
2. Pul qabınızdakı xırdaları saymayın
3. Gün batandan sonra evdən zibil çıxarmayın
4. Axşam vaxtı heç kimə borc verməyin
5. Stolun üstündə pul saxlamayın
6. Evi ayrı-ayrı süpürgələrlə süpürməyin
7. Süfrəni əlinizlə təmizləməyin
8. Axşam vaxtı pul saymayın
Əgər yuxuda siçan və tarakan görsəniz, bu büdcənizin zənginləşməsindən xəbər verir.
Pul haqqında müdriklərin bir çox dəyərli kəlamları var. Onlardan yalnız birini xatırlatmaq yerinə düşərdi: “Son çay quruyanda, son ağac yox olanda, son balıq öləndə pulu hər şeydən üstün tutan insanlar pulun yeyilməyən bir şey olduğunu anlayacaqlar”.
Ancaq təbii ki, bu deyimlərin, bu yozumların sonluğunda bir mütləq həqiqəti dərk etmək lazımdır ki, insanın ruzusunu yetirən Tanrıdır. Odur ki, Tanrı mərhəmətinə inanın və pulsuzluqdan qorxmayın.
Sonda isə dəyərli oxuculardan bir ricam var. Xahiş edirəm yazını oxuduqdan sonra saytın şərh yerinə Mirzə Ələkbər Sabirin “Pulsuz kişi, insanlığı asanmı sanırsan?!” misrasını yazmayın.