Rusiyada saxta aksizli spirtli içki satan Azərbaycan vətəndaşına hökm oxunub.
Open.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Volqoqrad vilayətinin Çerepovetski şəhər məhkəməsinin qərarına görə, azərbaycanlı şəxs 1 il 6 ay müddətinə həbs və 300 min rubl pul cəzası alıb.
Azərbaycanlı məhkəmədə günahını boynuna alıb və varlanmaq istədiyi üçün bu yola əl atdığını etiraf edib.
Qeyd edək ki, 2017-ci ilin iyun ayında Azərbaycan vətəndaşı üzərində aksiz markası olmayan 8 min butulka araq, konyak və qırmızı çaxır satmaq istəyib.
Müsadirə olunan ümumi malın dəyəri 1,7 milyon rubl olub.