VARDANYANIN XANKƏNDİDƏ QALMASI BİZƏ SƏRF EDİR…?backend

VARDANYANIN XANKƏNDİDƏ QALMASI BİZƏ SƏRF EDİR…?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vardanyanın hələlik Xankəndidə qalması bizə sərf edir – Qarabağın yerli, köklü siyasi “elitası” ilə Vardanyan arasında fikir ayrılıqları, rəqabət, hətta düşmənçilik dərinləşsə bu yaxşıdır.

Tribunainfo.az yazır ki, bu fikirlərlə Real üzvü Natiq Cəfərli çıxış edib. O bildirib ki, daxili çəkişmələr Xənkəndidə yaşayan “elita” arasında da parçalanmalara, rəsmi Bakı ilə təmasların artmasına və həmçinin buna çağırış edənlərin də sayının artmasına səbəb ola bilər:

“Qarşıdurma Vardanyanın Ermənistana transfer olmasının da qarşısını ala bilər. Bu da bizə sərfdir, Ermənistanda gələcəkdə yeni “İvanaşvili” modelinin yaranması bizə ziyan ola bilər”.

N.Cəfərli həmçinin bildirib ki, Azərbaycanda artıq Qarabağ məsələsinin böyük ölçüdə həll olunduğu yanaşması önə çıxmalı, önümüzə baxmağı, daha fundamental, daha “vizioner”, daha strateji məsələlərə köklənməyi öyrənməliyik:

“Uzun illərdir ki, Qarabağ problemi həm Azərbaycanda, həm də Ermənistanda varolma məsələsi, əsas siyasi diskurs yaradan, hakimiyyət və müxalifət üçün əsas müzakirə mövzusu idi. Ermənistan üçün Qarabağ məsələsi milli kimliyin əsas tərkib hissəsinə çevrilmişdi, amma indi görürəm ki, Ermənistan siyasətində bu məsələ artıq “ölüm-qalım” məsələsi deyil, hakimiyyət-müxalifət münasibətlərində hələ də önəmli olsa da, Ermənistan daxili siyasi diskursunda başqa çağırışlar, problemlər getdikcə daha çox önə çıxır. Ermənistanın gələcək siyasi-coğrafi vektoru, iqtisadi inkişaf konsepsiyası, rifah üçün islahatlar modeli – bu tipli fundamental məsələlər Ermənistan siyasətində Qarabağ məsələsini sıxışdırmağa başlayıb. Əslində, bu da bizim üçün yaxşı tendensiyadır.

Azərbaycanda da artıq Qarabağ məsələsinin böyük ölçüdə həll olunduğu yanaşması önə çıxmalı, önümüzə baxmağı, daha fundamental, daha “vizioner”, daha strateji məsələlərə köklənməyi öyrənməliyik. Yəni, Qarabağ məsələsi rifah və ədalətli dövlət quruculuğu missiyasının önünə keşməməli, bu yolda bəhanə yaratmamalı, tam tərsinə, gələcək dövlət idarəetmə modelinin tərkib hissəsinə çevrilməlidir”.