Vardanyanın pulları ermənilərin gözünü qamaşdırıb: Ruben niyə matah olub?

Vardanyanın pulları ermənilərin gözünü qamaşdırıb: Ruben niyə matah olub?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlıum olduğu kimi, Bakıda bir qrup separatçı və terrorçunun məhkəməsi davam edir. Tribunainfo.az xəbər verir ki, Ermnistan müxalifəti yerli hökuməti onları müdafiə etməməkdə ittiham edir.
Dünən Ermənistan parlamentinin üzvü Lilit Qalstyan mediaya açıqlama verərəkl bildirib ki, ATƏT PA-nın monitorinq missiyası Bakıya göndərilməli və Ruben Vardanyan və digərlərinin məhkəməsinin monitorinqini aparmalıdır.
O iddia edib ki, guya, Vardanyan və digər separatçılar “hərbi girov”durlar. Maraqlı məqam odur ki, Qalstyan da digər həmkarları kimi, əsas vurğunu Vardanyanın üzərinə qoyub. O, separatçıların nümayəndəsi olan milyarderi “humanist” və “humanitar adam” kimi təqdim edib.
Qeyd edək ki, Bakıda təkcə, Vardanyan deyil, Haruyunyan, Qukasyan, Saakyan və digər separatçı və terrorçular da mühakimə olunurlar. Onlar haqqında aparılmış istintaqdan üzə çıxan odur ki, bu adamlar uzun illər Azərbaycan torpaqlarını işğalda saxlamaqla yanaşı, həm də dinc azərbaycanlılara qarşı qətliamlar, soyqırımlar törədib və etnik təmizləmə prosesini təşkil ediblər. Lakin erməni müxalifətinin məhz Vardanyan məsələsinin üzərində dayanması, heç də ona olan vurğunluqla bağlı deyil. Əksinə, erməni müxalifəti Vardanyanı məhz puluna görə, müdafiə edir. Çünki rəsmi olaraq milyarder olan Rubenin pullarının bir qismi Qərb banklarında olsa da, bir qismi də İrəvandakı banklardadır. Onun müdafiəsi isə erməni siyasətçilərin həmin pullara çıxışı üçün “vizit kart” ola bilər.