VARDANYANIN MƏHKƏMƏSİ SƏS-KÜYƏ SƏBƏB OLA BİLƏR – EKSPERT

VARDANYANIN MƏHKƏMƏSİ SƏS-KÜYƏ SƏBƏB OLA BİLƏR – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı həbsxanasında olan Vardanyan hələ də xaricdəki “dostları”nın onu xilas edəcəyinə ümidini itirməyib. Hərçənd, “dostları” haqda məlumatları Azərbaycan müstəntiqləri ilə həvəslə paylaşdığına dair məlumatlar da var. Bu baxımdan, onun istintaqının nəticələri və məhkəməsi beynəlxalq miqyaslı səs-küyə səbəb ola bilər.

Tribunainfo.az yazır ki, siyasi şərhçi Asif Nərimanlı “Forbes” jurnalının Ruben Vardanyanın Ermənistana və Qarabağa xərclədiyi pullar haqda yaydığı məlumatla bağlı danışarkən deyib ki, Vardanyanın bu qədər pul xərcləməsinin əsas məqsədi “xeyriyyə” adı altında çirkli pulların yuyulması olub:

“2022-ci ildə o, Qarabağda yaratdığı qondarma “biz və bizim dağlar agentliyi” vasitəsilə təxminən 900 min dollar pul xərcləyib. Ruben 2001-ci ildən 2023-cü ilə qədər – 22 il ərzində Ermənistana və Qarabağa “xeyriyyə” adı altında ümumilikdə 700 milyon dollardan çox “sərmayə” qoyub.
Bu qədər pul xərcləməsinin əsas məqsədi “xeyriyyə” adı altında çirkli pulların yuyulması idi. 44 günlük müharibədən sonra isə Ruben yatırdığı investisiyanı siyasi kapitala çevirmək planını işə saldı. Qarabağa köçməsinin səbəblərindən biri də bu idi və Xankəndidən İrəvana “artsax qəhrəmanı” olaraq getməyi, Ermənistanda Paşinyana qarşı mübarizədə siyasi müxalifətin yeni lideri olmağı düşünürdü. Lakin nə xərclədiyi pullar, nə də Rusiya və Avropadakı dostları Vardanyanı Bakı həbsxanasından xilas etmədi. Onun həbsindəki ən maraqlı detal – ehtimal isə Bakının Samvel Babayanı “yem kimi” istifadə etməsi idi”.