“VARDANYANA GÖRƏ AĞIZ AÇANLAR OLACAQ” – POLİTOLOQ

“VARDANYANA GÖRƏ AĞIZ AÇANLAR OLACAQ” – POLİTOLOQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ruben Vardanyan böyük ehtimalla Rusiya hərbi kontingentinin helikopteri ilə Ermənistana keçmək istəyib. Ancaq bu hansısa səbəbdən alınmayıb. Ruben Vardanyan bundan sonra həbs olunacağını anlayıb. O hesab edir ki, onun həbsi populyarlığını artıracaq və beynəlxalq təşkilatlar bu səbəbdən Azərbaycana təzyiq edəcəklər.

Tribunainfo.az xəbər verir ki, bu barədə danışan politoloq Elxan Şahinoğlunun fikrincə, bəzi dairələr Ruben Vardanyana görə Azərbaycan hakimiyyətinə ağız açacaq:

“Ancaq bu adam separatizmə dəstək verib, ərazi bütövlüyümüzə qarşı çağırışlar edib. Məhkəməsi olacaq və cəzasını alacaq. Bizim Ermənistanda girov saxlanılan iki hərbçimiz var, onları geri qaytarmağa çalışmalıyıq. Hərbçilərimizi geri qaytarmadan Qarabağın silahlı separatçılarından bir kimsəni əfv etmək doğru olmaz”.