Vardanyan səxavət kisəsinin ağızını açdı: ermənilər Ruben üçün “fədakarlığa” başlayıblar

Vardanyan səxavət kisəsinin ağızını açdı: ermənilər Ruben üçün “fədakarlığa” başlayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda mühakimə olunan separatçılardan biri Ruben Vardanyanın müdafiəsi üçün Ermənistanda hay-küy qaldıranların sayı artmağa başlayıb. Tribunainfo.az xəbər verir ki, milyarderi müdafiə edənlər aksiyalar keçirir, bəyanatlar yayırlar.

Belə ki, dünən erməni diaspor təşkilatları Azərbaycanın Ruben Vardanyana qarşı “təqiblərinə” son qoymağa çağırıb. Diaspora hətta Bakının terrorçunu dərhal azad etməsini də tələb etməkdən çəkinməyib.

İrəvan hökumət binasının qarşısında aksiya keçirən siyasi fəal Syuzanna Avetisyan isə erməniləri küçəyə çıxmağa çağırıb. “Çıxın küçələrə, Bakıda erməni məhbuslara işgəncələr verilir, Paşinyan bununla məşğul olmalıdır, amma heç nə edilmir”.

Bu əsnada, futbolçu Henrix Mxitaryan da Ruben Vardanyanı dəstəklədiyini bildirib.

Ermənistanın keçmiş XİN başçısı Vardan Oskanyan isə məsələni bir qədər fərqli qoyub. O, baş nazir Paşinyandan Bakı ilə danışıqları dayandırmağı tələb edib. “Mən Paşinyandan tələb edirəm ki, Azərbaycanla bütün danışıqları dayandırdığını bəyan etsin. O, bütün erməni əsir və girovlar Ermənistana qayıdana qədər Azərbaycanla əlaqələri kəsməlidir”.

Tribunainfo.az xəbər verir ki, məsələyə hakim Mülki Müqavilə Partiyasının mövqeyi isə fərqlidir. Bu partiyadan olan deputat Qaiqk Melkonyan deyib ki, onlar bunu Avropada məsələ qaldırmaqla həll etməyə çalışırlar. “Nə edək, qoşun götürək, Bakı həbsxanasına gedib, məhbusları azad edək?  Avropada məsələ qaldırırıq”.

P.S. Görünən odur ki, Ruben Vardanyan səxavət kisəsinin ağzını açıb. İndiyə qədər onu ara-sıra müdafiə edən ermənilərin birdən “qızışması” da bunu deməyə əsas verir. Üstəlik, Bakıda mühakimə olunan separatçılardan yalnız Rubenin müdafiə edilməsi də işin bir ucunun milyarderin puluna bağlanmasını göstərir.