Qarabağda Rusiyanın göndərdiyi R. Vardanyan qaldıqca, Azərbaycanın reinteqrasiya siyasətinə mane olacaq və təxribatçı dəstələri vasitəsilə bunu davam etdirəcək. Həmçinin Qarabağda 10 min silahlı erməni birləşmələri və onların ağır texnikası qalmaqdadır.
Tribunainfo.az yazır ki, bu barədə fikir bildirən siyasi şərhçi Məhəmməd Əsədullazadənin fikrincə, Azərbaycan bu ilin axırına kimi Xankəndidə de-yure nəzarəti bərpa edə bilər:
“Azərbaycan siyasi və yumuşaq güc yolu ilə Qarabağda reinteqrasiya prosesini aparmağa çalışır. Amma silahlı erməni birləşmələrinin ləğvi və R.Vardayanın Qarabağdan çıxarılması üçün mütləq sərt gücdən istifadə etməlidir. Qeyd edim ki, Azərbaycanın Xankəndinə göndərdiyi humanitar yükün qarşısını alan Rusiyadır. Məhz Vardanyan vasitəsilə prosesi idarə edir.
Qarabağda separatçıların çıxış yolu yoxdur. Beynəlxalq birlik də Azərbaycan qanunlarının Xankəndidə bərpa edilməsinə dəstək verir”.