Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasında saxlanılan Ruben Vardanyan və Bako Saakyan saxlandıqları dövrdən onlara humanist münasibət göstərildiyini bildiriblər.
Bu barədə Ombudsmanın mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, onlar hər hansı bir ayrı-seçkiliyə və pis rəftara məruz qalmadıqlarını, normal saxlanma şəraiti və tibbi xidmətlə təmin olunduqlarını, Ombudsman və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən dəfələrlə qəbul edildiklərini bildirərək növbəti qəbula görə təşəkkür ediblər.