Məlum olduğu kimi, Ermənistan Azərbaycanın əsas tələblərindən biri olan ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı məsələni müzakirəyə çıxarıb. Tribunainfo.az xəbər verir ki, baş nazir Nikol Paşinyan bu mövzuda məsələnin müsbət həll oluna biləcəyini bildirib.
Bundan başqa, Paşinyan məsələni hökumətin müzakirəsinə də çıxardığı barədə məlumatlar var. Bununla əlaqədar, hakim “Mülki Müqavilə” Partiyasından olan deputat Tsovinar Vardanyan deyib ki, məsələ gündəmdədir. “ATƏT-in Minsk Qrupunun ləğv edilməsi ilə bağlı Ermənistanın mövqeyi dövlətimizin maraqlarına nəyin uyğun olacağından asılıdır”.