Hazırda Bakıda həbsdə olan, Qarabağda separatçılığa və terrorçuluğa dəstək vermiş, maliyyələşdirmiş Ruben Vardanyan Ermənistan müxalifətinin “əziz giramisi”nə çevrilib. Tribunainfo.az xəbər verir ki, ötən gün İrəvanda bir araya gələn erməni müxalifəti Vardanyanı Bakıdakı həbsdən necə “xilas” etmək yollarını müzakirə edib.
Yerli medianın yaydığı xəbərə görə, onlar çıxış yollarından biri kimi Ruben Vardanyanın müxalifətin baş nazirliyə namizədi olması məsələsini göstəriblər.
Erməni müxalifəti hesab edir ki, əgər sözügedən şəxs namizəd olarsa və seçilərsə, Azərbaycan onu həbsdə saxlaya bilməyəcək.
P.S. Ermənilər yenə xəyallarda, nağıllarda yaşayırlar.