VAQNER LİDERİ PRİQOJİN ÖLDÜ YOXSA ÖLDÜRÜLDÜ?

VAQNER LİDERİ PRİQOJİN ÖLDÜ YOXSA ÖLDÜRÜLDÜ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki ay əvvəl Rusiyada hökumətə qarşı üsyan bayrağı qaldıran Rusiya muzdlu qruplaşması Vaqnerin lideri Yevgeni Priqojinin də olduğu təyyarə Moskva yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 10 nəfərdən sağ qalan olmayıb. Priqojinin adı da sərnişinlər siyahısındadır.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Rusiyanı vətəndaş müharibəsi həddinə çatdıran “Vaqner” muzdlu qruplaşmasının lideri Yevgeni Priqojinin də olduğu bildirilən təyyarə Moskva yaxınlığında qəzaya uğrayıb.

Wagner qrupuna aid Braziliya istehsalı olan Embraer Legacy 600 biznes-jeti Moskvanın Şeremetyevo hava limanından Sankt-Peterburq şəhərinə yola düşür.

Havaya qalxdıqdan yarım saat sonra təyyarə Moskvanın şimalında, Tver vilayətində qəzaya uğrayıb. Təyyarənin qəzaya uğrama anı mobil telefon kameraları ilə lentə alınıb.

Təyyarədə 3-ü ekipaj üzvü olmaqla 10 nəfərin həlak olduğu açıqlanıb. Sərnişinlərin siyahısını dərc edən Rusiya Mülki Aviasiya İdarəsi qəzaya uğrayan təyyarədə Priqojin və Vaqnerin iki nömrəli adı olan Dmitri Utkinin də olduğunu açıqlayıb.

Vaqnerlə əlaqəli sosial media hesabı da Priqojinin öldüyünü açıqlayıb. O, qəhrəman idi, satqınların ucbatından həlak olub”, – deyə bəyanatda bildirilir. Vaqner mərkəzindəki işıqların da xaç şəklində işıqlandırıldığı görüldü.

Eyni zamanda, Rusiya lideri Vladimir Putin təyyarə qəzaya uğrayan zaman Sovet İttifaqının nasistlər üzərində qələbəsinin 80-ci ildönümünü qeyd etmək üçün Kursk vilayətində olub. O, qəza ilə bağlı açıqlama verməyib.

Rusiya ordusunun Ukrayna müharibəsindəki fəaliyyətini tənqid edən və cəbhədə tək olduqlarını deyən Priqojin 2 ay əvvəl, 23 iyunda Putinə qarşı üsyan bayrağı qaldırmışdı.

Tankları ilə Moskvaya yürüş edən Priqojini son anda geri dönməyə razı saldılar və onun Belarusa sürgünə gedəcəyi açıqlandı.

Priqojin sonuncu dəfə Vaqnerin aktiv olduğu Afrikada peyda olub.
Rusiyada baş verən proseslər ABŞ-da da yaxından izlənilir.

ABŞ prezidenti Co Bayden ilkin qiymətləndirməsində hadisənin arxasında Putinin olduğuna inandığını bildirib. “Rusiyada Putinin arxada qalmadığı çox şey yoxdur”, – deyən ABŞ prezidenti Priqojinin ölümünün onun üçün sürpriz olmayacağını bildirib