Y. Priqojinin öldürülməsindən sonra Vaqner də ləğv ediləcək. Buradakı silahlılar digər muzdlu hərbi şirkətə transfer olunacaq.
Tribunainfo.az yazır ki, siyasi şərhçi Məhəmməd Əsədullazadənin sözlərinə görə, Vaqner Qərb tərəfindən terror təşkilatı kimi tanınır və ciddi hərbi cinayətlər törədiblər:
“Vaqner Rusiyanın imicinə kifayət qədər zərbə vurub. Üstəlik daxildə hərbi qiyam etməklə, V. Putinin zəifliyini nümayiş etdirdilər. Kreml bu qruplaşmadan yaxasını qurtarır. Vaqneri əvəz edəcək yeni hərbi şirkət Rusiyanın Afrikada və bir sıra regionlarda hərbi siyasətini davam etdirəcək.
Rusiyada elita daxilində qarşıdurmaların davam edəcəyi gözlənilir. Ümumiyyətlə, Rusiyanın Ukraynada hərbi məğlubiyyəti və siyasi elita arasında fikir ayrılıqları Vaqnerin qiyamı ilə nəticələnmişdi”.