“Vaqner”çilərin Ukraynadakı döyüşlərdən öncəki “hünərləri” üzə çıxırbackend

“Vaqner”çilərin Ukraynadakı döyüşlərdən öncəki “hünərləri” üzə çıxır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Novorossiysk və Gelindjik şəhərlərində Ukraynaya qarşı müharibədə həlak olan “Vaqner” ÖHŞ-nin muzdlularının yeni məzarları aşkar edilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, onların bəzilərinin əvvəllər ağır maddələrlə mühakimə olunduğu bilinib.

“Vaqner” üzvləri arasında oğurluq, qanunsuz silah, döyüş sursatı və narkotik maddələr saxlamaqda dəfələrlə cinayət məsuliyyətinə cəlb edilən şəxslər yer alıb.

“Kavkaz.Realii” saytı hətta onlarla bağlı məhkəmə hökmlərini tapıb ortaya çıxarıb.

Məsələn, “Vaqner” ÖHŞ-nin muzdlu əsgəri Sergey Polyanin 2021-ci ildə yaşlı anasını vəhşicəsinə döydüyünə görə 5 il həbs cəzası alıb. Anası həmin zərbələrdən sonra kor olub.

Bundan əvvəl Polyanin beş min rubl oğurluğuna görə mühakimə edilib, lakin tərəflərin barışması səbəbindən işə xitam verilib. Polyanin müharibəyə cəlb edildikdən sonra öldürülüb və Novorossiyskdəki “Şöhrət Xiyabanı”nda dəfn edilib.

Ötən il öldürülən Pavel Biryukov Gelendjik şəhər qəbiristanlığında dəfn edilib. Şəhər məhkəməsinin saytındakı iş kartlarına əsasən, o, ən azı 6 dəfə mühakimə olunub, ən son 2021-ci ildə tutulub.

Gelendjik şəhər məhkəməsinin saytında yer alan məlumata görə, Biryukov 2010-cu ildə soyğunçuluqda mühakimə olunub, 2013-cü ilin noyabrında oğurluğa görə məcburi əməyə cəlb edilib. Gələcək “vaqnerçi” 2014-cü ildə marixuana saxlamağa görə koloniyada bir il, 2017-ci ildə – “Chernomor Ryba” mağazasında oğurluq etməyə cəhd göstəridiyi  üçün bir il dörd ay, 2018-ci ildə – üç avtomobil oğurladığına görə üç il, 2021-ci ildə isə həbsdən azad edildikdən cəmi iki həftə sonra yenidən avtomobil və televizor oğurlamasına görə üç illiyə sərt rejimli cəzaçəkmə müəssisəsində həbsə məhkum olunub.

“Kavkaz.Realii” saytı müharibədə həlak olan Şimali Qafqazdan olan 2683 “Vaqner”çini də aşkar edib. Özü də bunlar, açıq mənbələrdən toplanmış məlumatlardır – itkilərin real sayı daha çox ola bilər.

Musavat.com