Hesab edirəm ki, bu gün Azərbaycan çempionu səviyyə və keyfiyyət baxımından “Ludoqorets”dən qat-qat üstündür.
Bunu açıqlamasında AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”ın “Ludoqorets”lə (Bolqarıstan) cavab oyunu haqqında danışarkən deyib.
Mütəxəssis Bolqarıstan klubunun uzaqbaşı bu iki matçdan birində qələbə qazana biləcəyini söyləyib:
“Məğlubiyyətin sığortası yoxdur. Vacib olan iki oyunun nəticəsidir. “Ludoqorets” klubu əzmlə, istəklə ən yaxşı halda bir oyunda nəticə əldə edə bilərdi. Amma ümumi nəticəni qazanmaq, mərhələni keçmək üçün keyfiyyət və səviyyə çox önəmlidir. İnanıram ki, “Qarabağ” yerindən və rəqibdən asılı olmayaraq öz oyun tərzi sayəsində bu gün dediklərimi təsdiq edəcək, hər birimizi sevindirəcək və müsbət nəticə ilə vətənə qayıdacaq”.
Qeyd edək ki, “Ludoqorets” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:00-da Razqard şəhərindəki “Huvepharma Arena”da baş tutacaq.