backend

Vanqanın öngörüsü: Obama son prezidentdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.AZ Deyli Meyl-ə istinadən xəbər verir ki, ABŞ-ın 44-cü prezidentinin afro-amerikan olduğunu öncədən görən Vanqa Obamadan sonra böyük iqtisadi və siyasi böhranların yaşanacağını və Obamanın sonuncu ABŞ prezidenti kimi tarixə düşəcəyini açıqlayıb: 

 

11 Sentyabr hadisələrini, İŞİD-in və islam ekstremizminin yüksəlişini əvvəlcədən xəbər verən Vanqa Braka Obamanın sonuncu ABŞ prezidenti olacağını elan etmişdi.

 

TİA.AZ Deyli Meyl-ə istinadən xəbər verir ki, ABŞ-ın 44-cü prezidentinin afro-amerikan olduğunu öncədən görən Vanqa Obamadan sonra böyük iqtisadi və siyasi böhranların yaşanacağını və Obamanın sonuncu ABŞ prezidenti kimi tarixə düşəcəyini açıqlayıb:

 

“44-cü prezidentə hər kəs ümid bəsləyəcək, amma o, ölkəni böyük bir böhrana sürükləyəcək, şimal və cənub dövlətləri arasında müharibəyə start verəcək”.

 

Qeyd edək ki, 20 il öncə dünyasını dəyişən, proqnozları 85 faiz doğru çıxan bolqarıstanlı Vanqanın ölməzdən öncə verdiyi proqnozları özünü doğrultmaqdadır.

 

ABŞ-dakı 11 Sentyabr hadisəsi və 2004-cü ildə Hind okeanındakı sunami ilə bağlı proqnozları doğrulan Vanqa 2016-cı illə bağlı bunları deyib: “2016-cı ildə ifratçılar Avropaya böyük hücum təşkil edəcəklər. Bundan sonra Avropanın böyük hissəsi xarabalığa çevriləcək, orada insanlar yaşamayacaq”.

 

Vanqanın burada “ifratçılar” deməklə hazırda ən bədheybət terror təşkilatı sayılan İŞİD-i nəzərdə tutduğu barədə ehtimallar sürətlə yayılmaqdadır. Bu gün Avropanın bir sıra şəhərlərində baş verən terror aktları da bu ehtimalları gücləndirir.

 

Vanqanın proqnozuna görə, Avropanın əhalisi 2026-cı ildə tükənmə səviyyəsinə gələcək. O, 2043-cü ildə müsəlmanların Avropanın hakimi olacağını və burada yeni dövlət yaradacaqlarını da bildirib.