Vanqadan DƏHŞƏTLİ müharibə proqnozu: Suriya, Ukrayna və…

Vanqadan DƏHŞƏTLİ müharibə proqnozu: Suriya, Ukrayna və…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəlkə də Baba Vanqa dünya tarixinin “Nostradamus”dan sonra ən məşhur öncəgörücülərindən biridir. ABŞ-da 11 sentyabr hadisələri və Brexit kimi hadisələrdən xəbərdar olduğunu iddia etməsi onu həmkarlarından fərqləndirən başqa bir detaldır. Üçüncü Dünya Müharibəsi üçün Suriya haqqında verdiyi təfərrüat qan dondurur…

Tribunainfo.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, Balkanların Nostradamusu kimi tanınan və 1996-cı ildə vəfat edən məşhur bolqar “görücü” Baba Vanqanın kəhanətləri dünya gündəmində qalmaqda davam edir.

Vanqanın son açıqlamaları Üçüncü Dünya Müharibəsinin çox yaxın olduğunu göstərir.

Belə ki, gənc yaşda görmə qabiliyyətini itirsə də, Baba Vanqa bir çox qlobal hadisələri proqnozlaşdırmaqla tanınır. Onun proqnozlarına görə, Üçüncü Dünya Müharibəsi Türkiyənin sərhəd qonşusu Suriyanın süqutu ilə başlayacaq. Məşhur görücü, “Suriya süqut edəndə Qərblə Şərq arasında böyük müharibə gözlənilir. Yazda Şərqdə müharibə başlayacaq və Üçüncü Dünya Müharibəsi baş verəcək. Şərqdə gedən müharibə Qərbi məhv edəcək”, – deyib.

Baba Vanqanın proqnozlarında Suriyanın süqutu Qərblə Şərq arasında böyük müharibəni alovlandıran hadisə kimi təsvir edilir. Hələbdəki son hadisələrlə birlikdə Qərb mediasında bu kəhanətlə bağlı xəbərlər yenidən artmağa başlayıb. Üçüncü Dünya Müharibəsinin həqiqətən də qapının astanasında olub-olmadığı bilinməsə də, qlobal iğtişaşlar fonunda Baba Vanqanın qorxulu öncəgörücülüyü yenidən gündəmə gəlib. Keçmişdə bir çox hadisələrdən xəbər verdiyi iddia edilən Vanqanın bu proqnozu reallaşarsa, dünyanı çox çətin günlər gözləyir…

 

 

 

 

Dəniz Pənahova