Valyuta alqı-satqısı qaydaları dəyişdi

Valyuta alqı-satqısı qaydaları dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər Kabineti “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda dəyişiklik edib.

TİA.AZ  “Report”a istinadən bildirir ki, bu barədə qərarı Baş nazir Artur Rasi-zadə imzalayıb.

Qərara görə, “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.5-ci bəndindən “Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qaydada və” sözləri çıxarılıb.

İndi xarici valyutanın və qiymətli kağızların (səhmlər, istiqrazlar, dövlət özəlləşdirmə çekləri və s.) alqı-satqısı müvafiq qanunlarla tənzimlənəcək.