Gədəbəyin Qurudərə kəndində yaşlı valideyinlərini bıçaqlayaraq öldürən Şöhrət Məsimovun meşədə gizləndiyi təxmin edilir.
Gədəbəyin Qurudərə kəndində yaşlı valideyinlərini bıçaqlayaraq öldürən Şöhrət Məsimovun meşədə gizləndiyi təxmin edilir.
Bu barədə “Sputnik”ə hüquq-mühafizə orqanlarındanb deyiblər. Həmin şəxsin 2000-ci illərin əvvəllərində Rusiyada daha bir qətl törətdiyi üzə çıxıb. Hazırda Gədəbəy Rayon Polis İdarəsinin əməliyyatçıları Qurudərə kəndi ətrafındakı meşələrdə qatili axtarırlar.
Xəbər verildiyi kimi sentyabrın 21-də Məsimov evdə atası, 1931-ci il təvəllüdlü Mikayıl Məsimovu sinəsindən iki bıçaq vurmaqla öldürüb. Daha sonra anası, 1938-ci il təvəllüdlü Ayna Məsimovanı bıçaqlayıb. Məlumata görə, yaşlı qadın ərinin öldürüldüyünü görəndə həyətə qaçıb canını qurtarmağa çalışıb, ancaq oğlu onu həyətdə haqlayaraq kürəyindən bıçaqla vuraraq öldürüb. Daha sonra hadisə yerindən qaçaraq gizlənib.
Qonşuların bildirdiyinə görə oğulla valideynləri arasında münaqişə Şöhrət Məsimovun bacısına görə yaranıb. Onun bacısı kənddə valideynlərindən ayrı yaşayır və atasının evinə qayıtmaq istəyirdi. Məsimov isə bununla razı deyilmiş və valideynləri qızı ata evinə geri qaytarmağa razılaşdıqlarına görə onları öldürüb. Qonşular Məsimovla valideyinləri arasında bu məsələ ilə bağlı mübahisənin şahidi olublar və ehtimal edirlər ki, qətlin motivi məhz həmin münaqişədir.
İstintaq orqanlaır isə müəyyən ediblər ki, Şöhrət Məsimov bundan əvvəl də qətl törədib. O, 2000-ci illərin əvvəllərində Rusiyada adam öldürüb və bu cinayətə görə məsuliyətə cəlb olunmayıb.
Azərbaycana qaçaraq burada yaşamağa başlayıb. Rusiya hüquq-mühafizə orqanları isə Məsimovun törətdiyi qətllə bağlı Azərbaycan tərəfinə sənədləri təqdim etməyib.