VALİDEYNLƏRİN NƏZƏRİNƏ: BU UŞAQLAR DAHA ÇOX ÖZÜNƏ GÜVƏNİR

VALİDEYNLƏRİN NƏZƏRİNƏ: BU UŞAQLAR DAHA ÇOX ÖZÜNƏ GÜVƏNİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Atası ilə zaman keçirən uşaqlar digər uşaqlarla müqayisədə daha özgüvənli olurlar.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə psixoloq Narınc Rüstəmova çıxış edib. O bildirib ki, ataları tərəfindən qucaqlanıb öpülən uşaqların zəka səviyyəsinin daha yüksək olduğu müşahidə olunur:

“Atanın uşağa qarşı xoş münasibəti xüsusilə uşağın riyazi intellektinin inkişafına kömək edir. Ataları ilə çox söhbət edən uşaqların söz ehtiyatı artır. Atanın diqqəti uşaqların sosial bacarıqlarını inkişaf etdirir və ünsiyyət gücünü artırır. Xüsusilə ata sevgisi görən qız uşaqları daha yaxşı qərarlar verə bilir, yanlış insanları həyatlarına buraxmırlar”.