VALİDEYNLƏRİN DİQQƏTİNƏ: UŞAQLA SƏRT RƏFTAR BU PROBLEMLƏRİ YARADIR…backend

VALİDEYNLƏRİN DİQQƏTİNƏ: UŞAQLA SƏRT RƏFTAR BU PROBLEMLƏRİ YARADIR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uşaq tərbiyəsi olduqca həssas məsələdir. Valideynlərin bu əsnada buraxdıqları səhvlər uşağın inkişafına, xarakterinə, əsəb sisteminə və beyninə bir başa təsir edir. Çox ciddi tərbiyə, valideynlərin uşağa aqressiv rəftarı, hədsiz qadağalar, tələb, səhvə görə tətbiq edilən cəzalar uşağın beynində nəzərəçarpacaq dəyişiklik yaradır.

Tribunainfo.az yazır ki, mütəxəssislərin fikrincə, uşaqla sərt rəftar psixi pozuntulara səbəb olur. Alimlər sübut edib ki, sərt davranış və qəzəb beyində prefrontal və mindelid hissənin sahəsini kiçildir.
Məhz beynin bu hissələri emosiyaları tənzimləyir, depressiya, nevrozla mübarizə aparır.
Alimlər tədqiqatda 2,5-9 yaş arası 94 uşağı təhlil ediblər. Onların ailələrindəki vəziyyət bir neçə il müşahidə olunub. Hər il valideynlərin tərbiyə təcrübələri sorğulanıb və uşaqlarda təşviş simptomları ölçülüb.
Daha sonra uşaqların beyni MRT-dən keçirilib. Alimlər müəyyən edib ki, ailədə ciddi təsir altında, daha qəddar üsullarla tərbiyə olunanların perfrontal zonada boz maddəsi getdikcə kiçilib. Gələcəkdə bu uşaqlarda depressiya, nevroz, təşviş pozuntuları çox olur.