8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar artıq bir çox məktəblərdə pul yığılmağa başlanılıb.
8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar artıq bir çox məktəblərdə pul yığılmağa başlanılıb.
Bununla bağlı mətbuat vasitəsilə kifayət qədər valideyn öz narazılığını bildirib. Aztəminatlı və imkansız ailələrin çoxusunun buna imkanı yetməsə də, bəzi imkanlı valideynlərdə də günah var. Belə ki, onlar özlərini yuxarıdan apararaq müəlliməyə pul verirlər.
Təhsil Nazirliyinin məktəb direktorlarını dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, bu bayramda da artıq ölkənin əksər təhsil ocaqlarında indidən müəllimlər şagirdlərdən bayram hədiyyəsi kimi pul yığırlar.
Təhsil eksperti Almaz Həsrət TİA.AZ-a bildirdi ki, nəinki bu gün, ümumiyyətlə, digər bayramlarda da orta ümumtəhsil məktəblərində pul yığımı fikrini qəbul etmir: “Unutmayaq ki, bu halı yaradan əsas mənbə valideynlərin özləridir. Valideynlər övladlarına xüsusi diqqətin ayrılması üçün məktəblərdə hörməti yanlış olaraq, məhz hədiyyə və pul verməkdə görürlər. Ancaq unudurlar ki, müəllimlərə edəcəkləri ən dəyərli hədiyyə öncə sağlam, tərbiyəli övlad yetişdirib məktəbə göndərmələridir. Bu ən böyük hədiyyədir”.
İlahə