Məlum olduğu kimi Təhsil Nazirliyi tərəfindən dekabrın 19-da “Virtual məktəb”də milli qiymətləndirmə keçiriləcək .
Milli qiymətləndirmə niyə məhz IV, VI və IX sinif şagirdləri üçün nəzərdə tutulub? TİA.AZ xəbər verir ki, bu qiymətləndirmə valideyinlərin haqlı narazIlığına səbəb olub.
Belə ki, Təhsil Nazirliyinin sosial şəbəkədə elan etdiyi bu qiymətləndirmə məsələsinə valideyinlərdən biri çoxsaylı suallar ünvanlayıb.
Ənənəvi olaraq suallar cavablandırlmamış qalır. TİA.AZ valideyin Şəhla Fərəcovanın suallarını təqdim edir:
“Qiymətləndirməni niyə eyni saata salmısınız? Qızım 9-cu sinifdə, oğlum isə 4-cü sinifdə oxuyur. Planşet xarab olub. Telefon isə 1 dənədir. Saat 14:00- də hansı biri girib qiymətləndirmədə iştirak etsin?! Heç olmasa ayrı-ayrı saatlara salardınız! Heç telefonda “General” bölməsindən başqa heç nə görünmür. “Əlavə”( “Дополнительно”) yazılan hissə də görsənmir. Telefonun modelindən də asılı ola bilər. Gedib təzə telefon almalıyıq?! Məktəblərdə kompüterləri toz basıb. Onların sinifdəki uşaqlara müvəqqəti istifadəyə verilməsini təşkil etmək olar. Nazirlik buna niyə təşəbbüs göstərmir? Sinqapur təhsil modelini çaparaq gündəm edirsiniz! Çünki sizə sərf edir?! Hansı qiymətləndirməni təşkil edəcəksiniz? Eyni vaxtda 3 sinfin imtahanının keçirilməsi hansı məntiqlə düşünülüb?! Keçən ilki səhvlərlə dolu test sualları ilə bu il də rastlaşmaq məcburiyyətindədir uşaqlar?! Niyə uşaqlara və valideynlərə zülm verirsiniz?! Məqsədiniz nədir?! Adamların əsəbləri ilə niyə oynayırsınız?!!!!!! Dərslərə 5-6 uşaq girir. Guya xəbəriniz yoxdur?! 5-6 uşağı qiymətləndirisiniz?! Keçilən online dərslərin keyfiyyətini monitorinq etmisiniz ki, şagirdləri də qiymətləndirirsiniz ?! Qiymətləndirmə saat 14:00- də başlayır. Başladığı vaxtdan etibarən 3 saat 9-cu sinif, 1 saat 20 dəqiqə isə 4-cü sinif şagirdlərinə müddət verilir. 146-ya zəng vurub soruşmuşam. Bu qiymətləndirmə tədqiqat xarakteri daşıyır. Nəyi tədqiqat etdiklərini görəsən bilirlər? Şagirdləri, yoxsa müəllimləri? Tədqiqatın nəticəsi keçirilən online dərslərin keyfiyyətini artırmaq məqsədini daşıyırsa, bunu həftəlik Təşkil edilən virtual test tapşırıqları ilə etmək lazım idi . 1-ci yarım il bitir, indi yadlarına düşdü?”
Qeyd edək ki, Təhsil Nazirliyinin rəsmi feysbuk səhifəsində məsələyə digər valideynlər də öz narazılığını bildirib ki, onların bəzilərinin sosial şəbəkədəki statuslarının skrinşotlarını təqdim edirik:
TİA.AZ