Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik edib

Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Tribunainfo.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Siz müdrik lider kimi uzun illərdir ölkənin möhkəmləndirilməsində böyük nəticələr əldə edərək Azərbaycan xalqını tərəqqi yolu ilə irəli aparırsınız. Dövlətin ahəngdar inkişafı prosesi Sizin ən yüksək rəhbər nüfuzunuza, siyasi müdrikliyinizə, uzaqgörənliyinizə, problemləri müxtəlif tərəflərdən görmək və onların optimal həllini tapmaq bacarığınıza əsaslanır.

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasında Sizin Rusiya-Azərbaycan strateji tərəfdaşlığının möhkəmlənməsinə, o cümlədən parlament xətti ilə çoxplanlı əməkdaşlığa verdiyiniz əvəzsiz töhfəni xüsusi qeyd edirlər.

Rusiya və Azərbaycan qanunvericiləri arasında dialoqa göstərdiyiniz diqqətə görə Sizə minnətdaram. Əminəm ki, Sizin dəstəyinizlə bu mühüm qarşılıqlı fəaliyyət kanalı həmişə ikitərəfli müttəfiqlik münasibətlərinin bütün kompleksinin intensivləşdirilməsi üçün səmərəli vasitə olaraq qalacaqdır.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə uğurlar arzulayıram. Qoy təcrübə və biliyiniz, qətiyyət və məqsədəyönlülüyünüz Azərbaycan Respublikasının rifahı naminə səmərəli fəaliyyətiniz üçün həmişə etibarlı bünövrə rolunu oynasın!

Sizə olan ən yüksək ehtiramımı qəbul edin”.