Valeh Kərimov: “Firəngiz Rəhimbəyovaya tək mən yox, hamı vurulurdu” – VİDEO

Valeh Kərimov: “Firəngiz Rəhimbəyovaya tək mən yox, hamı vurulurdu” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Firəngiz Rəhimbəyova Azərbaycanın tanınmış sənətkarlarından idi. O, çox gözəl xanım idi. Firəngiz biraz güləndə və danışanda lap gözəlləşirdi. O, hündürboy xanım idi. Müasir geyimlər geyinirdi”.

Tribunainfo.az xəbər verur ki, bu sözləri Xalq artisti Valeh Kərimov “O üz” proqramında deyib. Verilişin mərhum aktrisa Firəngiz Rəhimbəyovaya həsr edilən buraxılışında yer alan aktyor “Bəxt üzüyü” filmindəki tərəf müqabilindən danışıb:
“Bəxt üzüyü” filmində Firəngizlə bir yerdə olan səhnəmiz vardı. O səhnəni povelyonda çəkdilər. Sınaq çəkilişi idi. İki-üç gündən sonra mənə xəbər etdilər ki, gəl, həmin səhnə və rolunuz təsdiq olunub. Ailə həyatı qurmazdan əvvəl həyat yoldaşıma demişdim ki, mən aktyoram. Səhnədə nə tələb olunsa, onu edəcəyəm. Qəbul et, bəri başdan işimizi bilək. Firəngizin “Bəxt üzüyü” filmindəki Sevda obrazı ona çox yaraşırdı.
O, özü müasir qız idi. O rol da ona çox yaraşırdı. Firəngiz bizim yaddaşımızda belə qaldı. Ona hamı vurulurdu. Əlbəttə, gizlincə ürəyimizdən keçirdi ki, ay Allah, nə olardı ki, bu da məni sevərdi (gülür)”.
Qeyd edək ki, Firəngiz Rəhimbəyova ABŞ-də ürəktutmasından dünyasını dəyişib.