Vakant vəzifələr açıqlandı

Vakant vəzifələr açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən tabeliyindəki ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, kitabxana müdiri (kitabxanaçı) və laborant vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edilib.

Daxil olan məlumata görə, həmin vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər yanvarın 23-dən  http://musabiqe.baku.edu.az/ portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər. 15 təqvim günü davam edəcək qeydiyyat prosesi fevralın 7-də saat 23:59-da başa çatacaq.

Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti (test imtahanı) mərhələsinə dəvət ediləcək.

Müsabiqənin seçim mərhələsinədək vakansiya siyahısına əlavə və düzəlişlər ola bilər.