Vahid Mustafayevin “VMF” şirkəti cərimələnirbackend

Vahid Mustafayevin “VMF” şirkəti cərimələnir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın məşhur saat markalarından olan “VMF” şirkəti ilə bağlı cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 422-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, mərkəzi depozitar, səhmdar investisiya fondu, investisiya fondunun idarəçisi və emitent tərəfindən qiymətli kağızlar bazarı haqqında qanunvericiliyə görə açıqlanmalı və ya dərc edilməli olan məlumatların açıqlanmasından və ya dərc edilməsindən imtina etməyə və ya yayınmağa, yaxud açıqlanması və ya dərc edilməsi üçün müəyyən edilmiş müddətin və qaydanın pozulmasına görə vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar beş yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.

Şirkətlə bağlı iş baxılması üçün Yasamal rayon məhkəməsinə göndərilib. 7 noyabr tarixində hakim Rəşad Cavadzadənin sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, “VMF” şirkəti 1997-ci ildə yaradılıb. Şirkətin rəhbəri və yaradıcısı Vahid Mustafayevdir.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar