Vahid Ələkbərov: “Neftin qiyməti 65 dolları keçsə, OPEC+ dayandırıla bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qlobal bazarda neft qiymətləri 65 dollar/barel həddinin üzərində dayanıqlı şəkildə sabitləşərsə, OPEC+ anlaşması dayandırıla bilər
 

Qlobal bazarda neft qiymətləri 65 dollar/barel həddinin üzərində dayanıqlı şəkildə sabitləşərsə, OPEC+ anlaşması dayandırıla bilər. TİA.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, bu açıqlama ilə Rusiyanın “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov çıxış edib.

“Neftin 65 dollar/barel səviyyəsi bütün bazar iştirakçılarını qane edir”, – deyə V.Ələkbərov “Bloomberg” agentliyinə açıqlamasında bildirib.
“LUKoil” şirkətinin prezidenti qeyd edib ki, əgər OPEC+ anlaşması dayandırılarsa, yəni hasilata məhdudiyyətlər aradan qaldırılarsa, o zaman onun rəhbərlik etdiyi şirkət qərardan 2 həftə sonra hasilatı artıra bilər.