“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsində 500 milyon manata yaxın artıq vəsait qalıb”.
TİA.AZ-ın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov parlamentin bu gün keçirilən plenar iclasında – “DSMF-nin 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsində deyib.
“Biz qanunvericilikdə pensiya yaşı və iş stağı ilə bağlı dəyişikliklər etdik, onun sayəsində DSMF-də pul yığıldı. Həmin pulu xərcləmək lazımdır. Şəhid ailələri və qazilərin ciddi problemləri var”, – o bildirib.